Cəlilabadda torpaq sürüşməsi baş verdi – FOTO
Tarix: 01-04-2015 | Saat: 14:21
Bölmə:Hadisə | çapa göndər
Kəndlərin rayon mərkəzi ilə əlaqəsi məhdudlaşıb.
Son günlər Azərbaycanın cənub bölgəsinə yağan güclü yağıntılar Cəlilabad rayonunda torpaq sürüşmələrinə səbəb olub.
Xeberaz.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad -Sadatlı avtomobil yolunda qeydə alınıb. Sürüşmə nəticəsində yolda dərinliyi yarım metrə çatan çatlar əmələ gəlib.
Ən təhlükəli vəziyyət isə yolun rayonun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən hissəsində yaranıb. Ona yaxın kəndin əhalisinin mütəmadi istifadə etdikləri avtomobil yolunun müxtəlif hissəsində baş verən sürüşmə asfalt qatının aralanmasına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, bir neçə gün öncə yağan yağışdan sonra burada sürüşmə daha da aktivləşib.
Yolun sürüşmə nəticəsində çökməsi dünəndən kəndlərin rayon mərkəzi ilə əlaqəsini məhdudlaşdırıb.
Sürüşmə zonasında yerləşən bəzi evlərin və yardımçı tiklilərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam etməsi tədricən ətraf ərazilərdə iri torpaq qatının uçmasına da gətirib çıxara bilər.
Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissəsində bərpa işləri aparılacaq.
Xəbəri paylaş
9798 dəfə oxunub.
Digər xəbərlər

17-03-2023, 13:58
Hər gün su içməsək, nə baş verə bilər? – Bədəniniz quruyacaq
8-01-2023, 13:05
TikTok-da bu da oldu - Bakirə çıxan gəlinlərini... - VİDEO
13-01-2017, 23:03
"17 yaşımda bundan da qısa geyinirdim" - 61 yaşlı əməkdar artist/FOTOLAR
25-07-2018, 18:51
Trampın Ərdoğandan istədiyi keşişlə bağlı – Şok qərar
29-08-2015, 20:43
Elşad Abdullayev tərəfindən videosu yayılan hakim vəfat etdi
22-04-2017, 12:50
“Koroğlu” stansiyası iki gün pulsuz olacaq
11-04-2016, 22:30
Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran şəxs saxlanılıb
2-07-2018, 14:28
Yeznəsini öldürmək istəyən şəxs: "Bacımın ailəsinin..." - MƏHKƏMƏ