Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-ə qoşulan azərbaycanlının başını kəsdilər
Tarix: 26-08-2015 | Saat: 15:30
Bölmə:Hadisə | çapa göndər

İŞİD-ə qoşulan azərbaycanlının başını kəsdilər
Azərbayandan Suriyaya döyüşməyə gedən 1977-cü il təvəllüdlü Valeh Axundov öldürülüb.
Bu barədə qətlə yetirilən şəxsin qohumları BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan Valeh uzun müddətdir Bakıda yaşayırmış.

Nanə adlı xanımla ailə qurub və həmin nikahdan qızı və oğlu olub. Əvvəllər içki düşkünü olan Valeh sonradan radikal dini cərəyan üzvlərinə qoşulub. Uzun saqqal saxlayıb, namaz qılmağa başlayan Valeh ötən ilin sonlarına yaxın ölkəni tərk edərək Suriyaya gedib. Gedərkən özü ilə həyat yoldaşını və uşaqlarını da aparıb.

Bu yaxınlarda onun öldürüldüyü barədə məlumatlar gəlib. Valehin qızı gizlicə Bakıdakı qohumlarına zəng vuraraq atasının gözləri önündə öldürüldüyünü bildirib. Qız atasının başının kəsildiyini deyib. Sonra bildirib ki, anasını atasının silah yoldaşına ərə veriblər. Onu isə varlı kişiyə satıblar. Kiçik qardaşı isə İŞİD təşkilatının təlim meydançasında saxlanılır.

Qız deyib ki, vətəninə qayıtmaq istəyir. Lakin buna imkan vermirlər.


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___