Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə polislə qarşıdurma: 10-a yaxın saxlanan var - VİDEO - See more at: http://islaminsesi.org/index.php/lk/item/33544-baerdaedae-polislae-garsh-durma-10-a-yakh-n-sakhlanan-var-video#sthash.ozAaKcYg.dpuf
Tarix: 10-06-2015 | Saat: 17:53
Bölmə:Hadisə | çapa göndər

Bərdədə polislə qarşıdurma: 10-a yaxın saxlanan var - VİDEO - See more at: http://islaminsesi.org/index.php/lk/item/33544-baerdaedae-polislae-garsh-durma-10-a-yakh-n-sakhlanan-var-video#sthash.ozAaKcYg.dpuf

Xeberaz.az xəbər verir ki, - Bərdədə yerli sakinlərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

“Azadlıq” radiosunun verdiyi məlumata görə, qarşıdurmanı əks etdirən videogörüntülər də var.

Həmin kadrları lentə alan naməlum müəllifin sözlərinə görə, polis əməkdaşları yol hərəkəti qaydasını pozmuş sürücünü polis şöbəsinə aparmağa çalışıblar, lakin həmin şəxs müqavimət göstərib.

Polis əməkdaşları sürücüyə güc tətbiq etməyə çalışanda isə hadisə şahidləri buna mane olub.

Onlar polis maşınının qarşısını kəsiblər. Buna baxmayaraq polis həmin sürücünü şöbəyə aparmağa nail olub. Sürücü bir neçə saatdan sonra sərbəst buraxılıb.

Digər məlumata görə isə Bərdə Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları küçənin ortasında vətəndaşı döyüblər. Bu isə yerli sakinlərin narazılığına səbəb olub. YPX əməkdaşları isə sakinəri sakitləşdirmək əvəzinə bu hadisəyə etiraz edənləri saxlayıblar.

Nəticədə 10-a yaxın sakin polis bölməsinə aparılıb.


Xəbəri paylaş

1 2848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___