Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kaxaber Sxadadze: “Xal itirmək olmazdı”
Tarix: 25-04-2015 | Saat: 22:15
Bölmə:Hadisə | çapa göndər

Kaxaber Sxadadze: “Xal itirmək olmazdı”


Xeberaz.az xəbər verir ki, Topaz Premyer Liqasının XXXI turunda “İnter” “İnter Arena”da AZAL-ı 2-0 hesablı məğlubiyyətə uğratdı.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Bu gün qələbə qazanmaq çox vacib idi. Görürsünüz ki, “Qəbələ” necə oyun sərgiləyir. Bütün bunları nəzərə alsaq, xal itirmək olmazdı. Oyunu çox ağıllı qurmuşduq. AZAL-ın 3 sürətli oyunçusu var ki, onlar əks hücuma əla çıxırlar. Biz də 3 mərkəz müdafiəçisi ilə oynayıb, AZAL tərəfdən gələ biləcək təhlükəni qarşılamış olduq. Daha sonra topu özümüzdə çox saxladıq və lazım olan vəziyyətlərdə qol vura bildik”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Bir müddətdir ki, qələbə qazana bilmirik. Zədəlilərin çox olması məni məyus edir. Viktor İqbekoyi, Aleksandr Şemonayev, Valeriy Kutsenko kimi oyunçuların zədədən əziyyət çəkməsi heyətdə problemlər meydana gətirir. Viktorun əməliyyat olunacağı dəqiqdir, Kutsenko isə bu prosesə doğru gedir.
Bu gün ilk onbirlikdə 7 yerli oyunçuya güvənmişdim. Oyunçulara tapşırıqlar vermişdim. Düşünürəm ki, futbolçuların gücü nəyə çatdırdısa, onu da etdilər. Sadəcə, iki səhv oyunun taleyini həll etdi. Qarşıdakı oyunlara baxmalıyıq”


Xəbəri paylaş

6848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___