Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabirabadda mal-qara oğruları tutuldu
Tarix: 13-04-2015 | Saat: 16:24
Bölmə:Hadisə | çapa göndər

Sabirabadda mal-qara oğruları tutuldu
Sabirabadda vətəndaşların ev heyvanlarını oğurlayan şəxslər saxlanılıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Elnur Əliyev məlumat verib.

Onun sözlərinə görə, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakinləri - 1990-cı il təvəllüdlü İsaxan İlqar oğlu Əsədov və 1984-cü il təvəllüdlü Rauf Ərəbxan oğlu Məmmədov qabaqcadan əlbir olub qrup təşkil edərək, saxlanc yerinə qanunsuz daxil olmaqla kənd sakinlərinin xeyli miqdarda iri və xırdabuynuzlu heyvanlarını oğurlayıblar.

Adı çəkilən şəxslər 30 mart 2015-ci ildə gecə saat 03.00 radələrində Sabirabad rayonunun Əliləmbəyli kəndində vətəndaşa məxsus həyətindəki tövlədən qiyməti 1200 manat və 900 manat olan 2 baş inəyi, cəmi 2100 manat dəyərində özgə əmlakını talamaqla oğurluq ediblər.

Bundan başqa, onlar aprelin 1-də saat 02.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində vətəndaşa məxsus tövlədən qiyməti 190 manat olan 3 baş, qiyməti 150 manat olan iki baş, qiyməti 120 manat olan iki baş və qiyməti 100 manat olan 2 baş qoyun və quzu, cəmi 1310 manat dəyərində özgə əmlakını talamaqla oğurluq ediblər.

İstintaqın gedişində adı çəkilən şəxslər tərəfindən törədilən digər heyvan oğurluqları da aşkar edilib. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

1 0028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___