Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatalada nə baş verib: Ədəbsiz jest, yoxsa zarafat?
Tarix: 07-04-2015 | Saat: 17:03
Bölmə:Hadisə | çapa göndər


Topaz Premyer Liqasının XXVIII turunda Zaqatalada keçirilən “Simurq” – “Neftçi” matçı qalmaqalla yekunlaşıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin 1:0 hesabı ilə qələbə qazandığı qarşılaşmadan sonra futbolçular arasında mübahisə düşüb.
Zaqatalada nə baş verib: Ədəbsiz jest, yoxsa zarafat?

xeberaz.az Zaqatala təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev apasport.az saytına bildirib ki, mübahisəyə “Neftçi”nin futbolçusu Julius Vobayın azarkeşlərə etdiyi ədəbsiz jest səbəb olub: “Vobay qarşılaşmadan sonra azarkeşlərə cinsiyyət orqanını göstərdi. Buna etiraz edən futbolçumuz Vüqar Mustafayev ona yaxınlaşaraq, niyə belə etdiyinin səbəbini soruşdu. Həmin vaxt Flavinyo Vüqarın üstünə hücum çəkdi”.

“Flavinyo ilə oyunun gedişində də problemimiz olmuşdu” – bunu əməkdaşımızla söhbətində Vüqar Mustafayev deyib. O, futbolçular arasında mübahisənin yarandığını desə də, kütləvi dava düşmədiyi söyləyib: “Kütləvi dava olmayıb. Hər şey Vobayın ədəbsiz jestindən sonra başladı. Biz də oyundan sonra ona etiraz etdik. Kimsə kimisə vurmayıb. “Neftçi”nin futbolçuları Elvin Yunuszadə ilə Mirhüseyn Seyidov da etiraf etdilər ki, düzdü, Vobay düzgün hərəkət eləməyib”.


Elvin Yunuszadə isə apasport.az saytına açıqlamasında bildirib ki, Vobay yerli fanatlara qarşı hansısa ədəbsizlik etməyib: “Biz o məsələni aydınlaşdırdıq. Vobay zaqatalalı azarkeşlərə hansısa jest eləməyib. Sadəcə, legionerlərdən biri ilə öz arasında olan zarafat idi. Həmin zarafatı da azarkeşlər yanlış başa düşüb, özlərini təhqir olunmuş saydılar. Halbuki, Vobay onlara qarşı heç nə etməyib. Digər yandan, biz yerli futbolçular heç vaxt legionerlərin azarkeşlərə belə jest etməsinə imkan vermərik. Onlara hər şeyi başa salmışıq. Vüqara da dedim ki, burda şişirdiləsi nəsə yoxdu. Gəncdi, başını aşağı salıb məşqini elədin, gələcəyi var”.

Matçın baş hakimi İnqilab Məmmədov apasport.az saytına açıqlamasında qalmaqalın baş verdiyini təsdiqləsə də, Vobayın azarkeşlərə qarşı ədəbsiz jest etmədiyi vurğulayıb: “Vallah, bunu sizdən eşidirəm. Elə bir şey olsaydı, dərhal cəzalandırardıq. Hansısa kütləvi davadan söhbət gedə bilməz. Sadəcə, yüngül insident baş verib. Vüqar Mustafayevlə Flavinyo arasında sözlü mübahisə oldu. Onları da sakitləşdirdilər. Heç bir əlbəyaxa dava olmayıb”.


Xəbəri paylaş

1 1348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___