Ana Sayfa > Filmlər / Karusel > “Barbi”nin ikinci hissəsi çəkilə bilər

“Barbi”nin ikinci hissəsi çəkilə bilər


14-08-2023, 11:25. Yazar: Xeberaz

İyulun ikinci yarısında dünya nümayişinə çıxan “Barbi” (Barbie) filminin prodüserləri rekord qonorar fonunda artıq ikinci hissə üzərində işlərə başlayıblar.

Bu barədə Böyük Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.


“Barbi” filmini hazırlamış komanda davamı üzərində işləri müzakirə etmək üçün əlaqə saxlayıb. Bu hələ ilkin mərhələdədir, lakin aydındır ki, boslar sikvel üçün birinci filmi çəkən eyni komandanı istəyirlər” , - KİV bildirib.

Qeyd edək ki, “The New York Times” qəzetinin avqustun 6-da yaydığı məlumatına görə, “Barbi” digər “Warner Bros” filmlərindən daha tez 1 milyard dollar qazanıb. 


Geri dön