Ana Sayfa > Filmlər / Hadisə / Dünya > Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatdı

Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatdı


14-08-2021, 10:57. Yazar: Xeberaz

Türkiyədə sel fəlakətində ölənlərin sayı40-a çatdı


Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.
Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.

Geri dön