Ana Sayfa > Filmlər / Texnologiya > Vatsapdan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK

Vatsapdan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK


8-06-2021, 09:07. Yazar: Xeberaz

Vatsapdan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK


Android qurğularının sahibləri Vatsap hesablarına "fleş-zəng" vasitəsilə daxil ola biləcəklər.
Bu barədə "Webetainfo" məlumat yayıb.
Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur - smartfona birdəfəlik şifrə gəlir.
Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq - tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək.
Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.


Geri dön