Ana Sayfa > Filmlər / Siyasət / Gündəm > Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər - YENİLƏNİB

Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər - YENİLƏNİB


5-12-2017, 16:56. Yazar: Xeberaz


Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.
 
APA-nın məlumatına görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub.
 
Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.   
 
12.11
 
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.
 
Bu barədə M. Saakaşvilinin “facebook” səhifəsində yayımlanan canlı yayımda göstərilib. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar. 
Geri dön