Ana Sayfa > Filmlər / Şou-Biznes > Leyla Əhmədova aclıq aksiyası keçirir

Leyla Əhmədova aclıq aksiyası keçirir


5-12-2017, 13:32. Yazar: Xeberaz


Modelyer Leyla Əhmədova aclıq aksiyası keçirir.
Bu haqda əməkdar artist Elza Seyidcahan deyib. O bildirib ki, modelyer hazırda ağır vəziyyətdədir:
“Üstünə təcili yardım gəlib. Sistemlər köçürürlər. Allah ona kömək olsun. Yaradıcı insandır, neçə ildir qurub düzəltdiyi məkanını əlindən alırlar. Bu da dözə bilmir, axırda aclıq aksiyası keçirib. Ona görə də vəziyyəti ağırlaşıb”.
Qeyd edək ki, L.Əhmədovanın sahibi olduğu qadın klubunun yerləşdiyi məkanın rəhbəri ilə arasında baş verən qalmaqal bitmək bilmir. Modelyer "Nizami" metrostansiyasının yanında yerləşən altı mərtəbəli binanın dörd mərtəbəsini ayda 24 min manat ödəməklə kirayə tutduğunu deyib.
O, icarə pulunu iki gün gecikdirdiyinə görə binanın sahibi Nizami Ağayevlə arasında mübahisə yaranıb. 

Leyla gözəllik mərkəzinin rəsmi olaraq bağlandığını elan edib. O bildirib ki, artıq məkanda nə su, nə işıq, nə də qaz var:
“Əgər məkan işləsəydi, hər şey fərqli oalrdı. Amma bundan qorxmuram. Ürəyim rahatdır, Allah mənimlədir. Ən böyük cəzanı Allah verir”.




Geri dön