Ana Sayfa > Filmlər / İdman > “Qarabağ” – “Çelsi” matçı rekord vurdu

“Qarabağ” – “Çelsi” matçı rekord vurdu


23-11-2017, 11:47. Yazar: Xeberaz

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə keçirilən qarşılaşmaların tamaşaçı sayı açıqlanıb.
Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.
68 min 700 tamaşaçı tutan arenada cəmi 1600 boş yer qalıb. İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.
Belə ki, nə ilk, nə ikinci oyun günündə bu qədər tamaşaçı toplayan ikinci bir matç olmayıb. İlk günün rekordu Dortmunddakı “Borussiya” - “Tottenhem” matçını 65 min 849 nəfər izləmişdisə, Bakıdakı görüşdə bundan 1251 nəfər çox azarkeş tribunalara toplaşıb.
Digər qarşılaşmalar isə bu iki oyunla müqayisədə xeyli geri qalıb.
Lakin “Qarabağ” – “Çelsi” matçı Azərbaycan futbolu tarixinin rekordu ola bilməyib. Çünki II turun “Qarabağ” – “Roma” matçını – ölkəmizdəki ilk Çempionlar Liqası qarşılaşmasını daha çox seyrçi izləmişdi.
Həmin turun  rekordu olan görüşdə 67 min 200 nəfər qeydə alınmışdı. 
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
E qrupu
“Spartak” (Rusiya) - “Maribor” (Sloveniya) - 1:1
(42920)
“Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə) - 3:3
(39495)
 F qrupu
“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya) - 1:0
(43548)
“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) - 3:0
(10573)
 G qrupu
“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) - 1:1
(36919)
“Monako” (Fransa) - “Leypsiq” (Almaniya) - 1:4
(9029)
 H qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə) - 1:2
(65849)
APOEL (Kipr) - “Real” (İspaniya) - 0:6
(19705)
 22 noyabr
A qrupu
MOİK (Rusiya) - “Benfika” (Portuqaliya) - 2:0
(27709)
“Bazel” (İsveçrə) - “Mançester Yunayted” (İngiltərə) - 1:0
(36000)
B qrupu
PSJ (Fransa) - “Seltik” (Şotlandiya) - 7:1
(46288)
“Anderlext” (Belçika) - “Bavariya” (Almaniya) - 1:2
(19753)
C qrupu
“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4
(67100)
“Atletiko” (İspaniya) – “Roma” (İtaliya) - 2:0
(56253)
D qrupu
“Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 3:1
(42528)
“Yuventus” (İtaliya) - “Barselona” (İspaniya) - 0:0
Geri dön