Ana Sayfa > Filmlər / Gündəm / İdman > Türkiyədən növbəti qazanc, Azərbaycan “Qarabağ”ı gözləyir - UEFA reytinqi

Türkiyədən növbəti qazanc, Azərbaycan “Qarabağ”ı gözləyir - UEFA reytinqi


22-11-2017, 11:13. Yazar: Xeberaz

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk günündən sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutan 8 qarşılaşma ölkələrin təkcə xal hesablarının dəyişməsi ilə nəticələnib.
 
Belə ki, bəzi ölkələr xal aktivini artırsa da, bu qazanc irəliləmək üçün yetərli olmayıb. 10-cu pillədə qərarlaşan qonşu Türkiyə hesabına daha 0,200 xal yazıb. Buna “Beşiktaş”ın “Porto” ilə heç-heçəsi səbəb olub – 1:1.
 
Azərbaycanın da mövqeyi dəyişməz qalıb. Cari mövsümdə 4,375 xal toplayan ölkəmizin aktivindəkilərin 2,625-i “Qarabağ”ın hesabındadı. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazandırıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqdə 19,125 xalı olan Azərbaycan Avropada 22-ci sırada qalıb.
 
Bu gün meydana çıxacaq “Qarabağ” xal hesabımızı artıra bilər. “Çelsi”ni qəbul edəcək çempionumuz heç-heçə ilə 0,250, qələbə ilə 0,500 xal gətirmək imkanına malikdi. Lakin bu qazanc irəliləmək üçün yetərli olmayacaq. Amma ən yaxın izləyicilərin Azərbaycana yaxınlaşmaması və ya çatmaması üçün xal qazanmaq zəruridi. Çünki Bolqarıstan və İsveç 22-ci sıranı ələ keçirmək imkanına malikdi.
 
Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 96,569 xal.
 
yerÖlkə13/1414/1515/1616/1717/18Cəmikomand
1İspaniya23.00020.21423.92820.1429.28596.5697/ 7
2İngiltərə16.78513.57114.25014.92811.78571.3197/ 7
3İtaliya14.16619.00011.50014.2508.83367.7496/ 6
4Almaniya14.71415.85716.42814.5715.57167.1416/ 7
5Fransa8.50010.91611.08314.4167.00051.9155/ 6
6Rusiya10.4169.66611.5009.2007.40048.1824/ 5
7Portuqaliya9.9169.08310.5008.0835.83343.4155/ 6
8Ukrayna7.83310.0009.8005.5005.20038.3333/ 5
9Belçika6.4009.6007.40012.5001.80037.7002/ 5
10Türkiyə 6.7006.0006.6009.7005.20034.2003/ 5
11Avstriya7.8004.1253.8007.3755.75028.8502/ 4
12Hollandiya5.9166.0835.7509.1001.90028.7492/ 5
13Çexiya8.0003.8757.3005.5003.30027.9753/ 5
14Yunanıstan6.1006.2005.4005.8004.30027.8002/ 5
15İsveçrə7.2006.9005.3004.3003.10026.8003/ 5
16Danimarka3.8002.9005.5008.5004.75025.4501/ 4
17Xorvatiya4.3756.8754.5005.1254.37525.2501/ 4
18Kipr2.7503.3003.0005.5007.00021.5502/ 4
19İsrail5.7501.3752.2506.7505.12521.2502/ 4
20Polşa3.1254.7505.5003.8752.87520.1254
21Rumıniya6.8755.1252.2503.3002.50020.0501/ 5
22AZƏRBAYCAN2.5003.6254.3754.2504.37519.1251/ 4
23Bolqarıstan5.6254.2501.0004.2503.75018.8751/ 4
24İsveç3.2003.9004.7502.7504.12518.7251/ 4
25Belarus1.7505.5005.1253.0003.00018.3751/ 4
26Şotlandiya3.2504.0003.0004.3753.50018.1251/ 4
27Qazaxıstan3.1253.3754.6252.7503.50017.3751/ 4
28Norveç2.6002.2007.2501.3753.75017.1751/ 4
29Serbiya2.5002.7504.2502.8754.62517.0002/ 4
30Sloveniya2.6254.0001.0002.2504.37514.2501/ 4
31Lixtenşteyn1.0002.5005.0002.5002.00013.0001
32Slovakiya1.6252.7503.7502.1251.87512.1254
33Moldova3.3751.7501.2500.8752.2509.5001/ 4
34İslandiya2.5002.5001.1251.0001.1258.2504
35Macarıstan0.8752.1251.6251.8751.6258.1254
36Albaniya2.0000.8752.1250.8752.1258.0001/ 4
37Makedoniya0.5001.1251.5001.2502.8757.2501/ 4
38Finlandiya0.5002.4001.0001.7501.2506.9004
39İrlandiya0.2502.0000.7002.6251.1256.7004
40Bosniya H.1.5001.7501.5000.5001.3756.6254
41Latviya1.6250.2501.6251.3750.7505.6254
42Estoniya1.0001.5001.0001.3750.6255.5004
43Litva1.2500.5000.7500.5002.3755.3754
44Monteneqro1.2500.7501.0000.8751.1255.0004
45Gürcüstan1.8751.2500.6251.1250.1255.0004
46Ermənistan1.1250.3751.6251.1250.6254.8754
47Malta0.8750.1250.8751.2501.3754.5004
48Lüksemburq1.5000.5000.7500.7500.8754.3754
49Ş.İrlandiya0.8751.3750.7500.5000.7504.2504
50Uels0.7500.1251.5001.0000.5003.8754
51Farer adaları0.8751.3750.3750.3750.7503.7504
52Cəbəllütariq0.0000.2500.7501.5000.5003.0003
53Andorra0.3330.5000.1660.1660.1661.3313
54San-Marino0.3330.0000.0000.0000.1660.4993
55Kosovo0.0000.0000.0000.0000.0000.0002
 
Qeyd: Komanda sütununda “/” işarəsindən öndə mübarizəni davam etdirən komandaların sayı göstərilib.


Geri dön