Ana Sayfa > Filmlər / Gündəm > DİN yanğınla bağlı məlumat yaydı - polis mayoru tüstüdən zəhərlənib

DİN yanğınla bağlı məlumat yaydı - polis mayoru tüstüdən zəhərlənib


11-11-2017, 12:26. Yazar: Xeberaz


Daxili İşlər Nazirliyi (DİN) ötən gün Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
 
DİN-dən verilən məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.
 
FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Geri dön