Ana Sayfa > Filmlər / İbadət > Zəvvarların nəzərinə: Kərbəlaya gediş asanlaşdı

Zəvvarların nəzərinə: Kərbəlaya gediş asanlaşdı


1-11-2017, 17:35. Yazar: Xeberaz


“Ərbəinə (Kərbəla) azərbaycanlı zəvvarların gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilib”.
Xəbəraz.Az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna İranın Ərbəin Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri deyib. Ş. Heydəri bildirib ki, indiyədək əcnəbilərin, xüsusilə Azərbaycan və Türkiyədən olan zəvvarların İraq ərazisinə keçməsi yalnız Şələmçə  sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün olub: “Qərara alındı ki, zəvvarların səfərini asanlaşdırmaq məqsədilə onların Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə də gediş-gəlişinə icazə verilsin”.
O deyib ki, Azərbaycandan Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran sərhəd-buraxılış məntəqəsi ilə yanaşı, Xosrəvi sərhəd-buraxılış məntəqəsindən də keçə bilər. Lakin hələlik Xosrəvi məntəqəsində gediş-gəliş bərpa olunmayıb.
Geri dön