Ana Sayfa > Filmlər / Siyasət / Dünya > Qazaxıstan latın əlifbasına keçdi

Qazaxıstan latın əlifbasına keçdi


27-10-2017, 10:51. Yazar: Xeberaz

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə latın qrafikalı əlifbaya mərhələli keçid haqqında fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, fərmana əsasən  Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.
 
Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.
 
Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax  dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.  
 
Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.  
Geri dön