Ana Sayfa > Filmlər / Siyasət > Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edəcək

Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edəcək


8-10-2017, 10:35. Yazar: Xeberaz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 9-11-i tarixlərində serbiyalı həmkarı Aleksandr Vuçiçin dəvəti ilə ölkəyə səfər edəcək.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, görüş zamanı ikitərəfli münasibətlərin inkişafına istiqamətləndirilən suallar, həmçinin regional məsələlər müzakirə olunacaq.
Türkiyə prezidentinin səfəri münasibətilə Türkiyə-Serbiya iş forumu keçiriləcək.


Geri dön