Ana Sayfa > Filmlər / Hadisə / Foto-fakt > Bakıda metronun qarşısında ölüm - FOTO

Bakıda metronun qarşısında ölüm - FOTO


23-09-2017, 16:50. Yazar: Xeberaz

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.
Saat 13:30 radələrində Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının çıxışında orta yaşlı kişi qəfil yerə yıxılıb. Ətrafdakı şəxslərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, hələ gəlməyib.
Xeberaz.az xəbər verir ki, ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur. 
Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.(qafqazinfo)





Geri dön