Ana Sayfa > Filmlər / Hadisə > Bakıda qardaşının evinə qonaq gələn şəxsin DƏHŞƏTLİ SONU

Bakıda qardaşının evinə qonaq gələn şəxsin DƏHŞƏTLİ SONU


15-09-2017, 11:56. Yazar: Xeberaz

Bakıda intihar hadisəsi baş verib.1973-cü il təvəllüdlü Ağayev Sübhi Adil oğlu Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsi 6 ünvanındakı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Ağayev həmin ünvanda yaşamır. O, həmin binada qardaşının kirayə yaşadığı evə qonaq gəlibmiş və daha sonra hələlik tam dəqiqləşməmiş səbəblərdən özünü ataraq intihar edib.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 


Geri dön