Ana Sayfa > Filmlər / Şou-Biznes / Fotogalereya > Gülyanaq Məmmədovanın tədbirinə kimlər gəldi? - FOTO- VİDEO

Gülyanaq Məmmədovanın tədbirinə kimlər gəldi? - FOTO- VİDEO


11-09-2017, 16:43. Yazar: Xeberaz
 
Xalq artisti Gülyanaq Məmmədova bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Giley" adlı mahnısına çəkilmiş klipini təqdim edib.
 
Məlumata görə, tədbiri ilk öncə aparıcı Azər Süleymanlı açıq elan edərək, sözü səbəbkara verib. Müğənni də öz növbəsində bu sözləri diqqətə çatdırıb: "Bu klip "ARB" telekanalının mənə hədiyyəsidir. Bəstənin müəllifi bəstəkar Sevinc Tofiqqızıdır. Rejissorluğunu Dəyanət Rzayevin etdiyi bu klip doğulub boya-başa çatdığım Şəki şəhərində lentə alındı. Bu mənim doğma yurdumda çəkilən ilk klipimdir. Ekran işində Şəki Dövlət Dram Teatrının aktyorları rol alıb. Biz hər bir mahnıda kiminsə həyatını yaşayırıq. Ona görə də klipdə bu rolu oynayan aktyorlara da təşəkkür edirəm. Düşünürəm ki, bu klip insanların xoşuna gələcək".
 
Klipin rejissoru D.Rzayev da fikirlərini bölüşüb: "Gülyanaq xanımla işləmək çox xoş oldu. Çünki onun bu ekran işində heç bir kaprizi olmadı".
 
Qeyd edək ki, təqdimat mərasimində xalq artistləri Flora Kərimova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Vasif Məhərrəmli, Roza Zərgərli, Vaqif Şıxaliyev, Coşqun Viləş və başqaları da iştirak edib.



Geri dön