Ana Sayfa > Filmlər / Səhiyyə > Qızıl xərçəngi müalicə edir

Qızıl xərçəngi müalicə edir


10-08-2017, 12:07. Yazar: Xeberaz
b_520_0_16777215_0___images_stories_ONKOLOGIYA_zoloto.jpeg
Britaniya alimləri qızıl tozun köməyi ilə xərçəngi müalicə edən yeni metodika hazırlayıblar.
Məlum olub ki, qızılın atomları kimyaterapiyanı daha ziyansız və effektli edir.
"Komsomolskaya Pravda"nın məlumatına görə, Edinburq Universiteti alimləri sübut ediblər ki, qızıl orqanizmdə gedən bəzi reaksiyaları sürətləndirir ki, nəticədə dərmanların təsiri də artır.
Həmçinin qızıl tozundan istifadə kimyaterapiya zamanı istifadə olunan preparatların sağlam hüceyrələrə olan mənfi təsirini və nəticədə yanaşı təsirləri azaldır.
Alimlərin fikrinə görə, bu yeni metod ən yaxın zamanlarda bütün müalicə müəssisələrində xərçəngin müalicəsində istifadə olunmağa başlayacaq.
Geri dön