Ana Sayfa > Filmlər / Hadisə / Xəbəraz TV > Zaqatalada qardaş bacısını bıçaqladı - Video

Zaqatalada qardaş bacısını bıçaqladı - Video


9-08-2017, 15:32. Yazar: Xeberaz
Zaqatalada qardaş bacısını bıçaqladı
Zaqatalada qadın bıçaqlanıb.
"Xəbəraz.Az" ARB Şəki-yə istinadən xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, bu gecə saat 03 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir. 
İlkin məlumata görə, Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəmnində mübahisə edib. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarət yetirib.
Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Geri dön