Ana Sayfa > Filmlər / Karusel > Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır

Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır


28-07-2016, 10:39. Yazar: Xeberaz
Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır

İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s.a.s) uşaqlıq illərindən bəhs edən “Hz.Məhəmməd: Alllahın elçisi” filminin kütləvi nümayişi üçün təqdimatı 28 oktyabrda olacaq.
"Xəbəraz.az "xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə İranda rəsmi təqdimatı olan film, 28 oktyabrdan etibarən digər ölkələrdə də premyerası olacaq.

İranlı rejissor Məcid Məcidinin ssenarisi əsasında çəkilən filmdə Məhəmməd peyğəmbərin doğuşundan 12 yaşına qədər olan illərindən bəhs edilir. Həmin dövrdəki hadisələr Məkkədə cərəyan edib.

“Çağırış”dan sonra bu filmin də İslam dünyasına yeni səs salması gözlənilir.

Filmin kadr arxasında 3 dəfə Oskar mükafatı qazanmış olan İtalyan operator Vittorio Storaro var.

Filmdə Əli Rza Şücanuri (Abdulmuttalib), Mehdi Pakdel (Əbu talib), Panteha Mehdiniya (Fatimə binti Əsəd), Mina Sadeti (Aminə), Sara Bayat (Həlimə Sadiyə) və Möhsün Tenabende (Yəhudi Tacir Samuel) kimi aktyorlar rol alıblar.

Qeyd edək ki, 40 milyon dollara çəkilən bu ekran işi, İran tarixinin ən bahalı filmidir.
Geri dön