Ana Sayfa > Filmlər / Hadisə > Dəhşətli yol qəzasında bir ailənin 7 üzvü ölüb

Dəhşətli yol qəzasında bir ailənin 7 üzvü ölüb


25-07-2016, 11:09. Yazar: Xeberaz
Dəhşətli yol qəzasında bir ailənin 7 üzvü ölüb

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş ağır yol qəzası nəticəsində bir ailənin 7 üzvü dünyasını dəyişib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Suruç yolunun 30 kilometrliyində, 50 yaşlı Ömər Kaya ailə üzvləri ilə birlikdə oğlu Halil Kayanın toy mərasimindən evinə qayıdarkən baş verib.

Belə ki, Ömər Kayanın idarə etdiyi avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub. Qəza yerinə çoxlu sayda təcili yardım maşını göndərilib.

Lakin buna baxmayaraq sürücü, həyat yoldaşı Zeliha, övladları Aişə, Bünyamin, Receb, İbrahim və Osman hadisə yerindəcə ölüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.
Geri dön