Ana Sayfa > Filmlər / Hadisə / M2 > Yapon gəmisi balina ilə toqquşdu - xəsarət alan var

Yapon gəmisi balina ilə toqquşdu - xəsarət alan var


8-01-2016, 12:31. Yazar: Xeberaz
Yapon gəmisi balina ilə toqquşdu - xəsarət alan var


Cənubi Koreya sahillərində balina ilə toqquşan yapon sərnişin gəmisində 4 nəfər xəsarət alıb.

Xeberaz.az xarici mətbuata istinadən xəbər verir ki, Fukuokuya istiqamətlənən gəmidə 180 nəfər sərnişin var idi.

164 tonluq sərnişin gəmisi saatda 55 kilometr sürətlə hərəkət etdiyi zaman balina ilə toqquşub.

Gəmi ciddi zədə almasada limana qayıtmalı olub.
Geri dön