Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu, İrana ikinci böyük zərbədir – Ekspert
Tarix: 27-06-2018 | Saat: 16:02
Bölmə:Filmlər / Karusel / Siyasət / Dünya | çapa göndər

ABŞ administrasiyasının müttəfiqlərinə İrandan neft almamaqla bağlı çağırışı çox ciddi məsələdir.

Bu sözləri  ABŞ-ın İrandan neft alışının dayandırılmasıyla bağlı çağırışını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir. Ekspertin sözlərinə görə, ABŞ-ın bu addımı rialın sürətlə dəyərdən düşməsi və bu fonda insanların küçələrə axışmasından sonra Tehrana ikinci böyük zərbədir:
“ABŞ administrasiyası sözügedən çağırışın İrana tətbiq edilən sanksiyalarla əlaqəli olduğunu, üstəlik, 4 noyabra qədər İranla neft ticarətini dayandırmayan ölkələrin sanksiyalarla üzləşəcəyini bildirib. ABŞ-ın müttəfiqlərini Tehranla əlaqələrinə baxmağa sövq etməsi həm İranın neft sənayesinə yatırılan investisiyalarla, həm də İranla aparılan neft alğı-satqısı ilə bağlıdır. Söhbət İranın dünya bazarına çıxaracağı neftin 1 milyon barrel azaldılmasından gedir. Artıq İranla ticarət edən şirkətlər faktiki olaraq bu prosesə əməl etməyə başlayıblar. OPEK-in açıqlaması da bunu göstərir. Hesabatlar təsdiqləyir ki, İranın gündəlik 2.8 milyon barrel neft ixracı mayda 2.5 milyon barrelə qədər azalıb. Yəni ixracatda 300 min barrel azalma müşahidə edilib. Çox güman ki, həcmlərin azalmasını o biri aylarda da müşahidə etməli olacağıq”.
İ.Şaban bildirib ki, bu, İranın öz arzusu ilə baş vermir:
“Çünki İran neftin yuxarı qiymətlərində iqtisadi cəhətdən neftdən asılı olan ölkə kimi həcmləri əvvəlki səviyyədə saxlamaqda və daha çox gəlir əldə etməkdə maraqlı olardı. Həcm aşağı düşürsə, demək, bu proses Tehranla ticarət edən şirkətlərin arzusu ilə reallaşır. Nəticədə isə İran neftin bahalaşması fonunda əlavə gəlirlərdən məhrum olur”.
Qeyd edək ki, Tramp administrasiyası ABŞ-ın müttəfiqlərinə noyabrdan etibarən İrandan neft almamaqla bağlı çağırış edib.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___