Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kiber hücum nə qədər təhlükəlidir?
Tarix: 30-10-2017 | Saat: 16:32
Bölmə:Filmlər / Maraqlı / Texnologiya | çapa göndər


Ötən aylarda dünya iki böyük kiber hücumla silkələndi. May ayındakı ilk hücumda 150 ölkədə 200.000-dən çox kompüterə WannaCry virusu düşdü. Xüsusilə, İngiltərə səhiyyə sistemi iflasın astanasına gəldi. Virusun dağıdıcı təsiri ancaq 2 gün sonra dayandırıla bildi. Hücumun ertəsi gün WannaCry virusunun arxasında Amerika Milli Təhlükəsizlik Agentliyinin (National Security Agency) Microsoft proqramında tapdığı boşluq olduğu ortaya çıxdı. Xakerlər bu boşluqdan istifadə edən virus proqramı inkişaf etdirərək kiber hücumu həyata keçirmişdilər.
İkinci hücum isə iyun ayında oldu. WannaCry virus proqramı kimi Petya virusu ilk öncə Ukrayna dövlət qurumlarını, bankları, elektrik stansiyalarını, hava limanı və metro sistemini ələ keçirdi. Ukraynadan sonra Avropa İttifaqı və ABŞ mərkəzli bir çox beynəlxalq şirkətin kompüter şəbəkəsi Petyanın nəzarəti altına keçdi. Rus energetika nəhəngləri "Evraz" və "Rosneft" müvəqqəti də olsa, kompüterlərinə nəzarəti itirdilər. Kiber hücumlar göstərdi ki, kompüter virusları, eynilə, gerçək həyatdakı viruslar kimi, saatlar, hətta dəqiqələr ərzində qlobal epidemiyaya çevrilə bilirlər. Bu viruslar fiber optik kabellərdən işıq sürəti ilə dünyaya yayılırlar. Kompüterlərimizdə açıq qapı tapıb evimizə girirlər. Bəşəriyyətin bu virtual viruslara qarşı özünü müdafiə edəcək “immun sistemi” yoxdur. Kiber hücumlar ancaq genişmiqyaslı ziyan vurduqdan sonra dayandırıla bilir. Bu, bəşəriyyət üçün dəhşətli vəziyyətdir.
Cəmiyyətlər rəqəmsal şəbəkə vasitəsilə bir-birləri ilə əlaqəlidir. Rəqəmsal texnologiyalar artıq gündəlik həyatımızın bir parçasıdır. 2016-cı ilə görə dünya əhalisinin 40%-i, yəni 4 milyard insan internetdən istifadə edir. Saniyədə 2,5 milyon elektron poçt göndərilir, 7.500 “Tweet” atılır, 2.500 “Skype” danışığı aparılır. Eyni saniyədə 60.000 Google axtarışı verilir, 70.000 Youtube videosu izlənilir. 2016-cı ildə internetə bağlı 18 milyard cihaz 2020-ci ildə 31 milyarda çatacaq. Bu nəhəng rabitə şəbəkəsi artıq evimizdə, cibimizdə, maşınımızda, ofisimizdə, yəni həyatımızın hər anındadır.
Kiber terrorizmlə real həyatdakı terrorizmin bir çox ortaq cəhəti var. Hər iki dünyada da dərin dövlətlərin qurduğu, inkişaf etdirdiyi və böyütdüyü terror təşkilatları fəaliyyət göstərir. Kiber terroristlər də anarxist və dağıdıcı ideologiyalara sahibdirlər. Kiber dünyanın terrorçuları logistika üstünlüyünə də malikdirlər. Hiyləgər və görünməz dünyada hərəkət edirlər. Eyni dili danışmaları, eyni şəhərlərdə yaşamaları, hətta yan-yana gəlmələrinə belə ehtiyac yoxdu. Bir-birilərini yalnız ləqəbləri ilə tanıyan terror təşkilatının üzvləri bir kompüterlə dövlətləri diz çökdürəcək hücumlar həyata keçirə bilirlər. Kiber terrorizm bu gün təkcə kompüterlərimiz və telefonlarımız üçün təhlükədir. Amma internet texnologiyasının inkişafı ilə birlikdə bir neçə il ərzində evlərimiz, maşınlarımız, iş yerlərimiz, binalarımız da rəqəmsal hücumlara əlverişli hala gələcək.
Dərin internetlə (dark web) birlikdə çirkli iqtisadiyyat da formalaşıb. Milyardlarla dolların əldən-ələ gəzdiyi bu iqtisadiyyatın gəlirləri kiber terror təşkilatlarına axır. Real dünyadakı terrorçular maddi gəlirlərini narkotikdən, oğurluqdan, soyğunçuluqdan, insan alverindən, kiber terroristlər isə kredit kartı saxtakarlığından, vəsiqə oğurluğundan, yaxud da qeyri-qanuni proqramlardan əldə edirlər.

Hər iki terror qrupu ilə mübarizədə inzibati tədbirlər yetərli olmur. Kiber terrorizmlə mübarizənin uğurlu olması üçün bu terror aktının ideologiyası ilə mübarizə aparmaq lazımdır. Kiber terroristlər tənəzzüldən, anarxiyadan və qanunsuzluqdan zövq alırlar. Həyat sevinclərini itirmiş, nifrət dolu qaranlıq dünyada varlıqlarını davam etdirirlər. Bu psixopat ruh halı bir çoxunu təhlükəli və amansız təcavüzkarlara çevirə bilir. Kiber terrorizmlə mübarizə üçün bu qaranlıq ruh halına diqqət yetirmək lazımdır. Şiddət yerini şəfqətə, sevgiyə vermədikcə kiber hücumlar artaraq davam edəcək. Anarxiya bir ideologiyadır. Terrorizmin hər növündən bu ideologiyanın məqsədləri üçün istifadə edilir. Eynilə şiddət terrorizmi kimi, kiber terrorizmin də ən mühüm məqsədi cəmiyyətlərdə qorxu yaratmaqdır. İnsanlara həyatlarının və əmlaklarının təhlükədə olduğu hissini verməkdir. Cəmiyyəti qorxu içində saxlamaq terrorçu və anarxistlərin əsas hədəfidir.
Bunu edənlərə qorxunun və nifrətin elmi əsasının olmadığı göstərilməlidir.
Bu gün bir çox ölkə kiber terrorizmi silah növünə çevirməyə cəhd edir. Rəqəmsal terrorçular dərin dövlətlər tərəfindən görünməz silah kimi saxlanılır. Bu şəxslər bir çox kəşfiyyat təşkilatına muzdlu qatillər kimi xidmət edirlər. Kiber terroristlər gerçək həyatın terrorçuları kimi ancaq qorunaraq varlıqlarını davam etdirirlər. Orduların, dərin dövlətlərin kəşfiyyat təşkilatlarının himayəsi altında olmayan kiber təcavüzkarlar varlıqlarını bir dəqiqə də davam etdirə bilməzlər. Bu səbəbdən kiber terrorizmlə mübarizə apararkən bu insanların, əslində, hansı layihəyə xidmət etdikləri və miqyaslarının nə qədər böyük olduğu da yaxşı müəyyənləşdirilməlidir. Əks təqdirdə, hədəf yayına bilər, oyunun arxa planı müəyyən edilmədən kiçik aktyorlarla vaxt itirilə bilər.
Kiber silahlanma inkişaf etdiriləcək strateji bir layihə deyil. Kiber terroristlər də əllərinə kiber silahlar veriləcək pullu əsgərlər deyil. Kiber müharibələr nüvə müharibələri qədər təhlükəli hala çevrilə bilər.
Nifrət ideologiyasına qarşı ciddi iş görülmədiyi, insanlar sevginin hakim olduğu düşüncə sisteminə qarşı yönəldilmədiyi müddətcə bu təhlükə bütün dünyanı bürüyəcək bir bəlaya çevrilə bilər. İnsanların yaradılış baxımından nifrətdən çox sevgiyə meyilli varlıqlar olduğu və bu istiqamətdə aparılacaq ideoloji fəaliyyətlərin mütləq nəticə verəcəyi bilinməlidir. Dünyada bu qədər müsibət və bəla olduğu halda, bu mövzuda artıq vaxt itirilməməlidir.
Adnan Oktar


Xəbəri paylaş

1 9528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___