Bədəninizdə bu bölgələrə DİQQƏT EDİN! - Önəmli çatışmazlıqlarınız ola bilər
Tarix: 30-10-2017 | Saat: 09:29
Bölmə:Filmlər / Səhiyyə / M2 | çapa göndər
Əgər doğru yerlərə baxsanız, vücudunuzun sizə bir çox mesaj verməkdə olduğunu görə bilərsiniz. Özəlliklə, önəmli vitamin və mineralların əskikliyi varsa, diqqət çəkən simptomlar ortaya çıxır.
Həmin simptomları təqdim edirik.
Saç dəriniz pul-pul olub tökülürsə...
Saç dərisi tökülən insanların ilk ağlına gələn şey kəpək yaranması olur. Ancaq bu, əslində vücudunuzda omeqa 3, alfalinolenik turşu kimi sağlam yağ turşularının əskikliyindən əmələ gəlir. Bu vəziyyətin qarşısını almaq üçün balıq, fındıq, qoz, kətan toxumu kimi yağlı qidalardan istifadə etmək lazımdır.
Saçlarınız zəifdir və tez qırılırsa...
Bu hal B vitamini əskikliyindən xəbər verir. Ancaq folik turşusunun azlığı da saçlarınızın qırılmasına səbəb ola bilər. Bu turşu taxıl bitkilərində bol miqdarda var. Bir fincan düyü istifadə etməklə saçlarınıza möhkəmlik qazandıra bilərsiniz. Ancaq karbohidrat qəbul etmək istəmirsinizsə, çiy ispanaqdan da istifadə edə bilərsiniz.
Saçlarınız sürətlə ağarırsa...
Saçların rənginin sürətlə dəyişməsi dəmir çatışmazlığından xəbər verir. Çünki dəmir saça rəng verən melanin maddəsinin ifrazında önəmli rol oynayır. Bunun qarşısını almaq üçün dəniz məhsulları və göbələk yeyin.
Ağzınızda yaralar çıxırsa...
Ağız boşluğunuzda yaralar çıxırsa, vücudunuzda kifayət qədər B12 vitamini çatışmır deməkdir. Bu vitamin ətdə və yumurtada bolca mövcuddur. Əgər vegeterian və ya veqan menyunuz varsa, bu ərzaqları badam südü, taxıl və maya ilə əvəz edə bilərsiniz.
Qolunuzun arxasında xoşagəlməz dəyişikliklər varsa...
Qolunuzun arxa tərəfində səbəbini anlamadığınız dəyişikliklər varsa, bu sink və A vitamin çatışmazlığının simptomudur. Bu iki maddə dərinin sağlam qalması və yaraların yaxşılaşması üçün əhəmiyyətlidir. Sinki ev heyvanlarının ətindən, noxuddan və balqabaq toxumundan, A vitaminini isə şirin kartofdan və qovundan əldə edə bilərsiniz.
Daim yorğunluq hiss edirsinizsə...
Yetəri qədər yatdığınıza rəğmən, hələ də özünüzü yorğun hiss edirsinizsə, D vitamininiz azdır deməkdir. Bunun qarşısını almaq üçün gündə 15 dəqiqə Günəşin altında dayanmaq, qatıq, süd, badam südü, göbələk və D vitamin tabletləri qəbul etmək lazımdır.
Qəbzlikdən şikayət edirsinizsə...
Həftədə 3 dəfədən az tualetə gedirsinizsə, bu qəbzlikdən xəbər verir. Qəbzliyin çox səbəbi ola bilər. Ancaq bunların ortaq nöqtəsi qidalanmada lif çatışmazlığıdır. Qəbzlik probleminiz varsa, mərci, brokolye və almadan bol miqdarda istifadə etməlisiniz. (publika.az)
Xəbəri paylaş
8898 dəfə oxunub.
Digər xəbərlər

7-08-2016, 11:55
Azərbaycanda biabırçılıq: ərli gəlin başqası ilə... - VİDEO
16-09-2017, 14:45
Aşıq Ədalətin oğlu atasına Fəxri Xiyabanda yer verilməməsindən danışdı
25-11-2022, 11:04
Azərbaycanda 2 yaşlı uşaq “Vanish”dən zəhərləndi
14-11-2016, 11:45
68 illik fasilədən sonra Yeri fəlakət GÖZLƏYİR?
3-07-2017, 16:50
Fahriye və Burakın bal ayından yeni FOTOlar
26-10-2015, 10:38
Neftin bu günə qiyməti
17-07-2016, 14:54
Türkiyə qiyamının liderindən ilk bəyanat...
23-01-2023, 13:50
Bakıda qadın ərini BALTALADI
25-03-2020, 15:31
İranda işləyən azərbaycanlı həkim koronavirusdan DANIŞDI
19-01-2023, 11:20
İmişlidə 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO