Yeniyetmələrə tətbiq olunacaq yeni cəzanın həddi məlum oldu
Tarix: 17-10-2017 | Saat: 16:06
Bölmə:Filmlər / Gündəm | çapa göndər
AZərbaycanda cinayətə görə yeni tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəza növünün yetkinlik yaşına çatmayanlara təyin ediləcəyi ən aşağı və ən yuxarı hədd məlum olub.
Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 85-ci (Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri) maddəsinə yeni bəndin əlavə edilməsi təklif edilir.
Yeni bəndə görə, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara 2 aydan 2 ilə qədər müddətə təyin ediləcək.
Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla, azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:
- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;
- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
5458 dəfə oxunub.
Digər xəbərlər

10-11-2016, 14:20
Nigar Camal paradda göz oxşadı - FOTOLAR
10-06-2018, 11:47
Kürdəmirdə yol qəzası - 5 nəfər xəsarət aldı
18-08-2020, 11:10
“Təzə evi bəyənməyib, dar məzarı seçdin” – Nazilə Səfərli
2-12-2017, 13:18
"Qadın kişiyə hizmət etmək üçün yaradılıb" - Niyam
13-10-2017, 14:33
Ziya Məmmədovun adı keçən 100 milyonluq korrupsiya işindən YENİ XƏBƏR
18-01-2018, 16:35
DİM işçi axtarır
1-08-2015, 15:34
Kraliça edam ediləcək (FOTO)
28-12-2015, 17:45
Rauf Mirqədirova hökm oxundu
11-08-2015, 15:19
Ermənistanın Azərbaycana iriçaplı silahlarla təcavüzü
26-08-2021, 12:11
"Bəxt üzüyü"nün Sevdası qızı ilə - Fotolar