Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AzTV sədrinin maşını cərimə meydançasına aparılıb - 99-AA-400
Tarix: 27-09-2017 | Saat: 11:01
Bölmə:Filmlər / Gündəm | çapa göndər

AzTV sədrinin maşını cərimə meydançasına aparılıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
Buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.
***
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında məsələyə belə münasibət bildirib:
"Biz rəsmi şəxslər və rəsmi qurumların avtomobilləri ilə bağlı məlumat vermirik".
Əldə etdiyimiz məlumata görə sözügedən avtomobilin yığılmış cərimələri AzTV rəhbərliyi tərəfindən dərhal ödənilib.(report)



4998 dəfə oxunub.

Digər xəbərlər
7-05-2018, 20:46 Depressiyanı tanıyın

bütün xəbərlər
____ Instagram ___