Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazənindən yeni mahnı: “2017-ci ilin xiti olacaq” - VİDEO
Tarix: 07-09-2017 | Saat: 12:36
Bölmə:Filmlər / Şou-Biznes / Xəbəraz TV | çapa göndər



Tanınmış azərbaycanlı müğənni Nazənin “Səni sevərəm” adlı yeni mahnısını təqdim edib.Xəbəraz.Az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Əli Qafarlıya, musiqisi Ruslan Səfəroğluna, aranjimanı İsmayıl Əlizadəyə məxsus olan bu mahnının xit olacağına əmindir: “Bu günə qədər bir çox bəstəkarların mahnısını oxumuşam. Özündən razılıq kimi çıxmasın, ifa etdiyim bütün mahnılar dillər əzbəri olub. Yəqin ki, bu da Allahın mənə verdiyi bir şansdır. Hər bir müğənniyə bu nəsib olmur. Oxuduğum mahnıları şou-biznesin bir çox tanınmış simaları da öz repertuarına daxil ediblər. Bu da məni bir müğənni kimi sevindirir. Bu gün təqdim etdiyim “Səni sevərəm” adlı mahnım bu gündən yalnız və yalnız şəxsi “youtube” kanalıma yükləndi. Bəstənin seviləcəyinə tam əminəm. Bütün mahnılar hind musiqisinin ladları üzərindədir. Bu mahnı da həmçinin. Bu mahnı 2017-ci ilin xit mahnısı olacaq”.

İfaçı onu da əlavə etdi ki, yeni mövsümə yeni sürpriz layihə hazırlayır: “Ümumiyyətlə mən daim yaradıcılığım üzərində işləyirəm. Bir mahnı oxuyub, yerində saymaq mənlik deyil. Yeni mövsüm üçün tam 7 mahnı hazırlamışam. Bundan başqa yeni sürpriz layihə üzərində çalışıram. Bu layihə barədə tam məlumat vermək hüququm yoxdur. Yaxın günlərdə hər şeyi biləcəksiniz”.



Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
14-08-2017, 11:38 Nazir qızına toy etdi

bütün xəbərlər
____ Instagram ___