“Qəbələ” Avroliqa ilə vidalaşdı
Tarix: 04-08-2017 | Saat: 00:29
Bölmə:Filmlər / İdman | çapa göndər
Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edir. Mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxıb.
Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşüb.
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda da məğlubiyyətə üzülüb.
Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya təmsilçimiz qolla başlayıb. Monrozun hazırladığı epizodu yunanların müdafiəçisi Moledo öz qapısına göndərib.
Ancaq "Qəbələ"nin qol sevinci uzun çəkməyib. Qoldan 10 dəqiqə sonra Lod, daha 4 dəqiqə sonra isə Kabazes vəziyyəti "Panatinaikos"un xeyrinə dəyişib.
Matçda başqa qol olmayıb və təmsilçimiz Avroliqa ilə vidalaşıb.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 1:2
Qollar: Moledo, 52 (öz qapısına) - Lod, 62, Kabazes, 66
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1
Xəbəri paylaş
6448 dəfə oxunub.
Digər xəbərlər

30-12-2016, 02:25
Astroloji proqnoz - 30 dekabr
13-04-2022, 09:35
Bakıda küləyin sürəti 26 m/s-ə çatıb - FAKTİKİ HAVA
23-05-2016, 13:20
Bakı sakinindən tapança-pulemyot götürülüb
20-08-2015, 22:02
Elzanın qızının xına gecəsindən – FOTO
24-04-2022, 12:04
Bu ailələrə ŞAD XƏBƏR - Hər birinə müavinət verilə bilər - VİDEO
22-10-2021, 12:07
Səmra Rəhimliyə bahalı avtomobil hədiyyə edildi - VİDEO
13-06-2015, 14:45
“Azərbaycan sülhsevər, gözəl rəhbər və prezidenti olan ölkədir”.
8-06-2015, 17:37
Ramil Usubov: İstəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin – VİDEO
26-03-2016, 22:55
Bu, ancaq türklərdə və hindularda olur - Göy ləkə