Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA
Tarix: 01-08-2017 | Saat: 14:59
Bölmə:Filmlər / Maraqlı / M2 | çapa göndər
Münasibətlərdə dincliyi qoruya bilmək və ilk günkü həyəcanı yaşamaq üçün hər iki tərəfin də üzərinə düşən vəzifələr var. Bunları edə bilsəniz, münasibətdəki xoşbəxtliyinizi qarşılıqlı olaraq qoruya bilərsiniz.Bunun 5 sirri ilə sizi tanış edirik.
1. Qarşılıqlı güvən münasibətin əsasını təşkil edir. Sevdiyiniz adama sonuna qədər güvənirsinizsə, eşqiniz şübhə edilməyəcək bir şəkildə möhkəmdir. Tərəf müqabilinzə qarşı sadiq olmaq ən yaxşı yoldur. Xüsusilə bu iki xüsusiyyət münasibətinizi icra edəcək qədər dəyərlərdir.
2. Qarşınızdakının hər şeyi etməsini gözləməyin və münasibətdə siz də təəccübləndirici, çaşdırıcı həmlələr və gözəl hərəkətlər edin. Özünüzə yaxşı davranın, çünki özünüzə davranış formanız tərəf müqabilinizə də təsir edər, mənfilikləri ona da əks etdirmiş olarsınız. Davamlı olaraq qarşı tərəfdən bir şeylər gözləmək bir müddət sonra əlaqəyə zərər verər. Siz özünüzə qarşı müsbət olmalısınız ki, qarşı tərəf də müsbət ola bilsin.
3. İçində olduğunuz vəziyyətdən asılı olmayaraq daim dürüst və içdən olun. Qarşınızdakından sirr saxlasanız, münasibətdə də güvən bir o qədər yox olar. Artıq münasibətinizdə səmimiyyət tapmaya bilərsiniz. Əgər özünüz kimi davranmasanız, qarşı tərəf də sizi kəşf edə bilməz və beləcə, səthi, süni münasibət yaşayarsınız.
4. Münasibətlərdə ən əhəmiyyətli məqamlardan biri də çətinliklərə birlikdə sinə gərməkdir. Yaranan hər mənfi vəziyyətdə onun həllini qarşı tərəfdən gözləməyin. Münasibətdə üstünüzə düşən vəzifəni yerinə yetirin ki, əlaqəniz düzgün və problemsiz bir şəkildə irəliləsin.
5. Qarşınızdakını dəyişməyə çalışmayın. Tərəf müqabilinizi olduğu kimi sevin və qəbul edin, o zaman münasibətinizdə daha az çətinlik yaşayarsınız. Qarşınızdakı ilə hər zaman eyni fikirdə ola bilməyəcəyiniz kimi, bəzən münasibətinizə rəng qatan, belə anlaşılmazlıqlardan doğan mübahisələr də ola bilər.
Ən sonda bir daha vurğulayaq ki, kiçik problemi böyütməyin və davamlı haqlı tərəf olmağa çalışmayın. Bəzi zamanlarda görməzlikdən gəlin ki, dinc və xoşbəxt bir münasibət yaşaya biləsiniz.
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

1-08-2017, 12:55
3 oğlanla birləşib sevgilisini qəbiristanlığa aparıb zorladılar... - Tovuzda BİABIRÇILIQ
10-06-2016, 17:39
İŞİD-in həlqəsi daralır
4-11-2023, 12:39
Azərbaycanda ərli qadın kirəçisindən hamilə qalıb - Deyir ki, uşaqlardan birinin atası mənəm...
27-06-2017, 19:36
Qəndab Quliyevanın xəstəxanadan son FOTOLARI yayıldı
5-08-2016, 18:24
Olimpiya Oyunlarının açılış mərasimindən ilk görüntülər - VİDEO
23-05-2022, 10:36
Azərbaycanda 1 manatlıq 1000 manata satılır - Səbəb nədir? - VİDEO
28-09-2017, 17:53
Dünya Ürək Günü ilə əlaqədar növbəti xeyriyyə aksiyası keçirilib
30-04-2022, 03:43
Laçında fəhlə minaya düşüb
11-09-2015, 22:06
Məkkədə partlayış oldu ölən var - FOTO