Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Toya telefon gətirməsinlər” - Natavandan toy qadağası
Tarix: 09-07-2017 | Saat: 21:17
Bölmə:Filmlər / Şou-Biznes | çapa göndər

“Toya telefon gətirməsinlər”
Müğənni Natavan Həbibi reper Dado (Səid) Əliyevlə ailə quracağı xəbərlərini qəribə qarşılayanlara təəccüblənib.
“Xəzər Maqazin”ə açıqlama verən ifaçı bunları deyib:
“Hamı üçün bu, əməlli-başlı hadisə imiş. Bilsəydim, məni bu qədər ərə vermək istəyirsiniz, çoxdan ailə qurardım. Başa düşmək istəyirəm ki, bu qədər maraq nəylə bağlıdır? Hər şeyi gözləyirdim. Bircə, o yaş söhbətini fikirləşməzdim. Çünki mən özümü onun yanında o qədər balaca hiss edirəm ki... O, uşaq kimi deyil, mənim yanımda püxtələşmiş insandır. Bu söhbət çıxanda barmağımı dişlədim ki, vay, bu mənim ağlımdan çıxmışdı”.
Natavan özünə 2 toy edəcəyini və məclislərin mediaya qapalı olacağını bildirib:
“Bir-birindən fərqli 2 toy olacaq. Toyuma hamını çağırmayacağam. Mənim yaxşı günümə sevinən, səmimiyyətini hiss elədiyim insanları dəvət edəcəyəm. Bir neçə insan var ki, sual altındadır: çağırım, ya çağırmayım? Toyum mediaya qapalı olacaq. Bəzilərinə xahiş eləmişik ki, hətta üzərlərində telefon da olmasın. Tapşırmışıq ki, toydan İnstaqramda heç nə paylaşmayın. Özüm sonra sosial şəbəkədə video, fotoları seçib paylaşacağam".


Xəbəri paylaş

1 1318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___