31 yaşlı gənc özünü asdı - “Anamın yanında basdırarsınız”
Tarix: 05-07-2017 | Saat: 14:49
Bölmə:Filmlər / Hadisə | çapa göndər
Ötən gün Sumqayıtın Corat qəsəbəsində intihar hadisəsi qeydə alınıb.
"Xəbəraz.Az" ARB TV-yə istinadən xəbər verir ki, həmin qəsəbənin ev 501 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Həşimov Emin Rafiq oğlu özünü hamamın tavanından kəndirlə asaraq intihar edib.
İlkin araşdırmalardan sonra məlum olub ki, özünü asaraq intihar edən 31 yaşlı Emin Haşımov əsəb xəstəsi olub və dəfələrlə ruhi-əsəb dispanserində müalicə olunub. Onun asılı vəziyyətdə qalmış meyitini tapan atası Rafiq Haşımov bildirib ki, oğlunun evdə olmadığını görəndə ilk olaraq onun dənizə getdiyini düşünüb. Lakin daha sonra hamama daxil olmaq istəyərkən o, qapının arxadan bağlı olduğunu görüb. Rafiq Haşımov daha sonra qüvvətlə qapını itələyib və arxadakı dirək yerə düşüb. Hamamın işığını yandıran ata oğlunun asılı vəziyyətdə qalmış meyitini tapıb.
Emin Həşimov həyatına qıymamışdan öncə məktub da yazıb. O, məktubunda özünü öldürəcəyini qeyd edib. Məktubda Emin bu sözləri yazıb: “Məni anamın yanında basdırarsınız. Mənim də taleyim bu idi. Saat 13:20-də özümü öldürürəm”.
Mərhumun atası Rafiq Həşimov bildirib ki, oğlu anadan xəstəliklə doğulub. Onda əsəb və psixi pozğunluq olub, dəfələrlə ruhi-əsəb xəstəlikləri dispanserində müalicə alıb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
7728 dəfə oxunub.
Digər xəbərlər

13-01-2016, 14:08
Rəhimə Xanım ziyarətgah-məscidinin qeydiyyata alınması üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi
16-02-2016, 22:52
Rusiya böhranla bağlı xalqa səsləndi - "Televizor və paltaryuyan almayın, qənaət edin...."
13-07-2018, 21:16
ABŞ Gülənin ekstradisiyası ilə bağlı bəyanat yaydı
4-07-2018, 12:44
“Sabah əhali fasiləsiz su ilə təmin olunacaq”
16-01-2016, 10:21
İcra başçısı süni bahalaşma ilə şəxsən mübarizə aparır
30-12-2019, 11:44
Zakir Həsənovdan əsgər valideynlərinə ŞAD XƏBƏR
15-09-2023, 08:15
Yadplanetlilər müğənninin dişlərini "oğurlayıb?"
23-01-2021, 11:09
AMEA-da Səmədov və Mahmudov nöqsanlara görə İŞDƏN ÇIXARILDI