15 yaşlı qızını öldürən ata - “Qızım dedi ki, vurma” – FOTO
Tarix: 22-07-2016 | Saat: 14:55
Bölmə:Filmlər / Hadisə | çapa göndər
“Onsuz da bilirəm ki, axırı ölümdü”
Ağdam rayon sakini 15 yaşlı Aygün Cabbarova, bibisi 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.
"Xəbəraz.az "-ın Region.TV-yə istinadən məlumatına görə, dərhal araşdırmaralara başlayan Abşeron Rayon Polis Əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib. Deyilənlərə şübhə ilə yanaşan polis əməkdaşları, araşdırmalarını davam etdiriblər.
Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində atası 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burda qalmalı olub.
Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə qəzəbinə sahib çıxa bilməyən ata, bıçağa əl atıb. O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb: “Səhər saat 8 də. Bıçaq elə şkafın qabağında idi. Bıçağı götürdüm elə, vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata vurma, ay ata vurma. Da mən də vurdum”.
Aygünün əlaçı şagird olduğunu deyən atası, onu öldürdüyünə sonradan peşman olub: “Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən sonra mən nə qədər yaşıyacam ki, nə də çıxıb gedə biləm”.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
8858 dəfə oxunub.
Digər xəbərlər

19-08-2021, 00:22
Azərbaycanda ana və qardaş 18 yaşlı qıza “dağ basdılar” – FOTO
29-04-2016, 00:11
“Onlara inad olsun deyə ana olacağam...” - Atagül
16-05-2018, 20:03
Bakının bu hissəsində sabah içməli su olmayacaq
28-04-2017, 13:36
Mayda hava necə olacaq? - PROQNOZ
12-06-2021, 16:04
Əri onu atdı, məşhur müğənni ilə 6 il eşq yaşadı, avtoritetə vurulub həbsxanaya düşdü - Fədayə Laçının roman kimi həyatı
16-09-2018, 20:24
Keçilər insanların hisslərini anlaya bilir
12-08-2016, 01:44
Fontana ərə getdi - Fotolar
2-07-2022, 11:03
Sehrli gün gəlir: 7 iyulda arzu tutun, yazın və...
4-08-2017, 00:25
“İnanılmaz bir şey baş verməyib” – Roman Qriqorçuk