Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Araşdırma > Özünü binadan lüt atan şəxs polisdir? - Yenilənib-FOTO

Özünü binadan lüt atan şəxs polisdir? - Yenilənib-FOTO


1-01-2023, 03:10. Yazar: Xeberaz


DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev M.Əmiraslanlının polis əməkdaşı olmalığını və heç vaxt polis orqanlarında işləmədiyini deyib


Özünü 13-cü mərtəbədən atıb öldürən gəncin kimliyi məlum olub.


"Xeberaz.Az"  bildirir ki, 1998-ci il təvəllüdlü Məhəmməd Əmiraslanlı adlı gənc polis imiş.

Onun polis alayına yeni işə düzəldiyi və idmançı olduğu bildirilir.

Xatırladaq ki,hadisə Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində qeydə alınıb.

M.Əmiraslanlı qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Bu zaman qadının həyat yoldaşı zəng edib.

Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qayınının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib.

Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.

Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.




Geri dön