Vəkil cinayət işində bəzi sənədlərin araşdırılmasınaehtiyac olduğunu deyib. Bu səbəbdən məhkəmə istintaqının yenilənməsini istəyib. Məhkəmə vəsatəti təmin edib və işdə olan bəzi sənədlərin yenidən araşdırılmasına qərar verilib.
Növbəti proses oktyabrın 28-də davam edəcək.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi. İttihama görə, Cəfər Əliyev ümumilikdə 5 nəfərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdir.
İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. İstintaq orqanı tərəfindən Cəfər Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan olunub.