Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Reportaj > Kəmaləddin Heydərovun istefa ərizəsi yazması xəbəri ilə bağlı rəsmi AÇIQLAMA

Kəmaləddin Heydərovun istefa ərizəsi yazması xəbəri ilə bağlı rəsmi AÇIQLAMA


18-08-2022, 11:52. Yazar: Xeberaz

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazdığı barədə yayılan məlumat tamamilə yalandır.

"Xeberaz.Az"-in məlumatına görə,Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib. Nazirlik rəsmisi deyib ki, bu məlumatların  heç bir əsası yoxdur:

"Nazirlik olaraq mətbuatı dövlət qurumları haqqında məlumat yayarkən diqqətli olmağa dəvət edirik”.

10may.az saytının yazdığına görə, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra, Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb. Saytın iddiasına görə, FHN-in səlahiyyətlərinin ARDNŞ-ə və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb. Kəmaləddin Heydərova gəldikdə isə onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi bildirilib. Nazir Kəmaləddin Heydərovun isə 3 ay öncə istefa ərizəsi yazdığı bildirilib. Elə bu səbəbdən də onun "Gilan” holdinqdən imtina etdiyi də qeyd edilir.


Geri dön