Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Araşdırma > Əbülfəz Məlikovla Xəlil Göyüşovun biznes əlaqələri - SENSASİON İDDİA

Əbülfəz Məlikovla Xəlil Göyüşovun biznes əlaqələri - SENSASİON İDDİA


14-08-2022, 20:07. Yazar: Xeberaz



Bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayyət işi ilə bağlı həbs olunan, barəsində səbail rayon məhkəməsində həbs qətimkan tədbiri seçilən  tanınmış “Broker” Əbülfəz Məlikovla «Körpü-Bina-Tikinti» MMC sədri Xəlil Göyüşovun bir neçə ortaq iş birliyi olması haqqında "Atvxeber.az"a məlumatlı mənbədən bilgilər daxil olub. Mənbə iddia edir ki, Ölkəyə gələn inşaat və metal biznesi Əbülfəz Məlikov və Xəlil Göyüşovun ortaq biznesi olub.  

Həmçinin bir neçə gün bundan öncə , yerli KİV-də Xətai rayon NZS qəsəbəsi Pivə zavod adlanan ərazinin yaxınlığı, Zakir Yusifov küçəsində «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülkləri başlıqlı gedən yazıda sözü gedən ərazidə onlarla villaların fotoları yayılmışdı.

Məlum mülklərində Xəlil Göyüşovla Əbülfəz Məlikovun şərik olduğu deyilir. Daha sonra mənbə bildirir ki, hal-hazırda həbsdə olan manopolistin Novxanı ərazisində , bir neçə müllkü Xəlil Göyüşovla şərikldir. Daha sonra onların əlavə olaraq bir neçə biznesdə ortaq olduğu deyilir . Məlumatlı mənbədən daxil olan məlumatı "Atvxeber.az" araşdırmağa çalşır yaxın vaxtlarda daha geniş açıqlama verəcəyik .

İddia olunanlarla bağlı olaraq "Atvxeber.az" olaraq maraqlı tərəfləri dinıəməyə hazırıq 





Geri dön