Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / Maraqlı / Foto-fakt / Qoroskop > 04.07.2022 Tarixinin bürc proqnozu 🔮

04.07.2022 Tarixinin bürc proqnozu 🔮


4-07-2022, 10:08. Yazar: Xeberaz


Qoç♈️

Gün çətin və yorucu işlərin tamamlanması baxımından əlverişlidir. Əməkdaşlıqla bağlı təkliflər alacaqsınız. Günün birinci yarısında əhatənizdəkilərlə mübahisə yaşayanacaq. Axşam saatları ev işləri və ailə-məişət məsələlərinin müzakirəsi üçün münasib zamandır.


Buğa♉️

“Buğa”lar liderlik qabiliyyətini nümayiş etdirəcəklər. Istənilən tapşırığı yerinə yetirmək üçün ətrafınıza həmfikir toplamaq asan olacaq. Ehtimal ki, romantik macəra yaşayasınız. Bürcün bəzi nümayəndələri nikaha girmək barədə düşünəcəklər.


Əkizlər♊️

Ciddi problemləri həll edəcəksiniz. Həyatın yeni mərhələsinə qədəm qoyacaqsınız. Bu baxımdan sizi əvvəlki günlərdən daha yaxşı həyat gözləyir. Bir sıra xırda uğursuzluqlar da istisna deyil. Bunlara görə isə qan qaraltmağa dəyməz.


Xərçəng♋️

Yer dəyişimi üçün münasib gündür. Planlaşdırılmamış səfərə çıxanların bəxti gətirəcək. Qadınlarla dil tapmaq asan olacaq, amma kişilərlə yox. Sizi təəccübləndirəcək bir sıra olaylar baş verəcək. Ulduzlar bunun sizin üçün bir həyat dərsi olacağını bildirirlər.


Şir♌️

Istənilən xırda işlərdə bəxtiniz gətirəcək. Bu üzdən gələcəyə nikbin baxmağa başlayacaqsınız. Mötəbər şəxslərlə iş birliyi qurmaq ehtimalı da var. Ailədə gözlənilməz dəyişiklik ola bilər, siz nə edəcəyinizi bilməyəcəksiniz. Yaxşı olar ki, tələsik qərar verməyəsiniz.


Qız♍️

Situasiya yaxşılığa doğru dəyişəcək. Əgər səhər tezdən əhvalınız olmasa, narahatçılığa əsas yoxdur. Çünki günortayacan xoşagəlməz hislər sizi tərk edəcək. Yaxınlarla aranızda mübahisə düşməməsinə çalışın. Həm öz, həm də onların çatışmayan cəhətlərini yumor hissi ilə qarşılayın.


Tərəzi♎️

Qarşınızda perspektiv imkanlar açılacaq. Yaxşı olar ki, bu fürsəti əldən verməyəsiniz. Böyüklərin məsləhətinə qulaq asın. Bu gün pul almaq ehtimalı aşağıdır. Gözlədiyiniz məbləğ gəlməyəcək. Bu gün aldığınız hədiyyə sevindirmək istədiyiniz adamın ürəyincə olmayacaq.


Əqrəb♏️

Gün kommersiya işlərində uğur vəd edir. Yaxın adamınızdan bahalı hədiyyə, xoş sürpriz alacağınız ehtimalı da var. Şəxsi müstəvidə pozitiv tendensiyalar hökmranlıq edəcək. Ev işlərinin öhdəsindən də yaxşı gələcəksiniz və əyləncəyə də vaxt qalacaq.


Oxatan♐️

Təəssüf ki, uğur sizdən yan gəzəcək. Əlinizə aldığınız istənilən işdə problemlər çıxacaq. Düşmənləriniz sizin barədə xoşagəlməz söz-söhbətlər gəzdirəcəklər. Bu da reputasiyanızı kölgədə qoyacaq. Günün maliyyə durumu da sizi kədərləndirəcək. Bu gün qənaətcil olmalısınız.


Oğlaq♑️

Günün ortalarında çox etibar etdiyiniz adam ucbatından çətinlikləriniz olacaq. Yalnız öz gücünüzə inanmaqla artıq həyəcandan yaxa qurtara bilərsiniz. Istənilən işin başlanğıcı üçün məhsuldar gündür. Şəxsi müstəvidə bir sıra təşəbbüsünüz olacaq.


Dolça♒️

Qarşı tərəfin fikirlərini düzgün oxumaq bacarığınız sizə ilk dəfə gördüyünüz adam barədə düzgün təəssürat yaratmaq imkanı verir. Gün romantik və dostluq münasibətlərinin təməlinin qoyulması baxımından da əlverişlidir. Səhhətinizə qarşı diqqətli olun.


Balıqlar♓️

Işgüzar danışıqlar məhsuldar keçəcək. Ətrafdakıların fikirlərinə biganə yanaşmadığınıza görə həmkarlarınız sizi özlərinə dost biləcək. Bürcün kişi nümayəndələrini romantik müstəvidə yeniliklər gözləyir. Bunu qadınlar üçün isə demək mümkün deyil.


Geri dön