Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil / Müsahibə > “Gələcəyimizi Qoruyaq!” adlı layihə davam edir.

“Gələcəyimizi Qoruyaq!” adlı layihə davam edir.


4-06-2022, 11:17. Yazar: Xeberaz

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyimizi Qoruyaq!” adlı layihə davam edir.


Layihə çərçivəsində növbəti görüş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi, polis baş leytenantı Nəcəf Aydınoğlu ilə Azərbaycan Texniki Universitetinin tələbələri arasında baş tutub. Görüş zamanı “ağ ölüm”ün fəsadları ilə bağlı müzakirələr aparılıb, gənclərin fikirləri dinlənilib, sualları cavablandırılıb.


Layihənin əsas məqsədi gənclər arasında artım dinamikası yüksək olan zərərli vərdişlərə qarşı maarifləndirmə işi aparmaq, qanunun aliliyinin təbliği və qanuna zidd əməllərə qarşı birgə mübarizəyə təşviq etməkdir.


#davam2022 #davamgenclerherekati #polisazerbaycan





Geri dön