Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma / Aktual > QARDAŞLARIN XƏSARƏTİ İLƏ BAĞLI DİN-dən AÇIQLAMA

QARDAŞLARIN XƏSARƏTİ İLƏ BAĞLI DİN-dən AÇIQLAMA


20-05-2022, 17:51. Yazar: Xeberaz
Xəbər verdiyimiz kimi 16.05.2022-ci il tarixdə Binəqədi rayon ərazisində "Elit" Ticarət Mərkəzi yaxınlığında Elnur Zöhrabov Əziz oğluna məxsus mağazada qrup halında Mağaza sahibi Elnur Zöhrabov, Cavid Zöhrabov Hüseyn Zöhrabov qardaşlarını vəhşicəsinə döyməklə yanaşı bıçaqlanma hadisəsi ilə xəstəxanalıq etmişdilər.

 Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Xeberaz.Az"-a açıqlama verən Nurlan Əliyev bildirir ki, Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Eltun Əlibəyli və Elnur Rəşxanlı müəyyən edilərək saxlanılıb.

Bununla bağlı hazırda Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi açılıb istintaq hərəkətləri davam etdirilir.

 Hadisədə iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar davam etdirilir.
Geri dön