Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Aktual > "Dəniz Lombard"-da müraciət edən vətəndaşlar sonda Nazirə üz tutdular

"Dəniz Lombard"-da müraciət edən vətəndaşlar sonda Nazirə üz tutdular


5-05-2022, 20:35. Yazar: Xeberaz

İmişli rayon sakini Hacıyev Təyyar Ədil oğlu rayonda fəaliyyət göstərən "Dəniz" Lombarda müraciət edərək səhhətində yaranan xəstəliklə bağlı pul lazım olduğunu bildirərək bahalı qızıl zinət əşyalarını girov şəkilində qoyaraq 1500 azn manatın qarşılığında 4000 azn manat dəyərində qızıl "Dəniz" Lombarda qoyaraq pul götürür. 

Müraciətçi bildirir ki,3 il bundan öncə götürdüyü 1500 AZN manatı 1 il ərzində faizi ilə bərabər  ödəyib. 

Ancaq 2 ilə yaxındır ki,1500 AZN manat qarşılığında girov qoyduğu 4000 AZN manatlıq qızıl zinət  əşyalarını sözü gedən "Dəniz" Lombardın sahibi Yaqub Əliyevdən geri ala bilmir. 

Min bir bəhanələrlə aldadılan İmişli sakini Hacıyev Təyyar Ədil oğlu çarəsizlikdən media vasitəsi ilə Daxili işlər Nazirliyindən imdad diləyir. 

Cənab Nazir Vilayət Eyvazov bir vətəndaş olaraq sizdən artıq dərəcədə xahiş edirik. 
Muzdlu fəhlələrik ailəmizi min bir çətinliklə yarı ac,yarı tox saxlayırıq. 

Qohumlar və qonşulardan göz yaşlarımızla aldığımız qızıl zinət əşyalarını "Dəniz" Lombardın sahibi Yaqub Əliyevdən ala bilmirik. 

Açıq-aşkar rayonda at oynadan Yaqub Əliyev deyir ki,əliniz kimə çatır gedin deyin.
Rayon Polis İdarəsi məni yaxşı tanıyır "kiməm nəçiyəm" sizdən başqa 96 nəfər Rayon sakinlərinin müraciəti Polis İdarəsində baxıldı-baxılmadı mənə nə etdilər ki,indi sən acından ölənə görədə mənə nəsə etsinlər! 

Cənab Nazir İmişli rayon sakinləri Hacıyevlər ailəsinin adından dönə-dönə xahiş edirik. 
Səsimizə səs verin tapdalanmış vətəndaş hüquqlarımızın bərpası üçün göstəriş verin rayon Polis İdarəsi baş vermiş məsələyə soyuq yanaşmasın.

 Göydə görünməz Allaha yerdə sizin kimi bir Şəxsiyyətdən kömək istəyirik.

Ümid edirik ki,Cənab Nazir sizin sayənizdə çətin və məsuliyyətli idarənin yüksək rütbəli polis əməkdaşları bizim ailə ilə tanış olaraq gözləri yaşlı ailənin sevincinə səbəb olacaqlar.




 @polisazerbaycan

Geri dön