Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Dünya / Təbriklər / Qarabağdan xəbər var > XALQIN XİLASKARI ALİ BAŞ KOMANDANA ŞEİR

XALQIN XİLASKARI ALİ BAŞ KOMANDANA ŞEİR


26-04-2022, 00:22. Yazar: Xeberaz
Bizə qürur bəxş etdi, bu Şuşa Qurultayı,Birləşdirdik yumruqtək, xalqla o tay, bu tayı!
Heçkəs şübhə etməsin, güclü liderimiz var,
Daha xoş keçəcəkdir, xalqın hər ili,  ayı!

Düşməni xar edibdi rəhbərimin dühası,
Dağıdıb  o çaqqalların -mağarasın,  kahasın!
Haqq olan bizim ölkə, daha da qüdrətlənir,
Nankor olan erməni, indi baxıb utansın!

Tükənməsin qoy heçvaxt, sizə olan sevgimiz,
Bizə zəfər yaşadan ey Şanlı rəhbərimiz!
Abad Qarabağımız sayəndə dirçələcək,
Azərbaycan bir daha , səninlə yüksələcək!

Xəyyam Qurbanlı 22 .04. 2022
Geri dön