Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma > Suraxanı rayon Yeni Günəşli V massivində tikinti inşa işlərinə cəlb olunan işçilərdən maraqlı açıqlamalar

Suraxanı rayon Yeni Günəşli V massivində tikinti inşa işlərinə cəlb olunan işçilərdən maraqlı açıqlamalar


15-04-2022, 12:43. Yazar: Xeberaz

Suraxanı rayon Yeni Günəşli V massivində tikinti inşa işlərinə cəlb olunan işçilərdən maraqlı açıqlamalar. Belə ki, İNCİ RESİDENCE MTK adlanan bu şirkətdə fəhlə işləyən Videomüsahibəmizdəki şəxs bildirdi ki, işlədiyi bu şirkətdən əmək haqqını 2 müxtəlif formada alır, yarısını plastik əmək haqqı kartı ilə, qalan yarısını isə əlbə- əl , formal xarakter daşıyan adi vərəqə qol çəkməklə alır. Bu isə açıq aşkar Vergi cinayətidir. Məsələyə dair özünü sahə iş icraçısı kimi qələmə verən , adının da Ramiz olduğu bildirilən , ikinci müsahibimiz isə bu faktı təkzib edərək bildirdi ki, işçi bilmir düz demir. Axı necə ola bilər ay Ramiz bəy və şirkət direktoru Eyyub bəy, işçi maaşı necə almasını axı niyə yalan söyləyib desin ki, imza atmaqla 200 manat alıram,qalanını isə plastik əmək haqqı kartına 330 manat vurulur ,belə alıram?
Qısası, bu mısələdə sonsözü məhz müvafiq araşdırma və təftişlə məhz Dövlət vergi Xidməti hərşeyi ölç- biç edəcək. Buna inanırıq. 
Mövzunu diqqətdə saxlayırıq.

Xəyyam Qurbanlı.

Geri dön