Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Reportaj / Qarabağdan xəbər var > SPN DƏQİQƏ ?İrandan Azərbaycana narkotik keçirmək istəyən 6 şəxs Cəbrayılda Azərbaycan sərhədçilərinə atəş açıb.

SPN DƏQİQƏ ?İrandan Azərbaycana narkotik keçirmək istəyən 6 şəxs Cəbrayılda Azərbaycan sərhədçilərinə atəş açıb.


5-04-2022, 18:16. Yazar: Xeberaz

Sərhədçilər silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşdirib. Zərərsizləşdirilmiş şəxs İran vətəndaşıdır. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Hadisə yerindən uzaqlaşan digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İran vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Geri dön