Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual > "Rusiya-Azərbaycan sərhədində yüzlərlə soydaşımız ağır vəziyyətdə yaşayır" - Deputat

"Rusiya-Azərbaycan sərhədində yüzlərlə soydaşımız ağır vəziyyətdə yaşayır" - Deputat


15-03-2022, 17:07. Yazar: Xeberaz
"Rusiya-Azərbaycan sərhədində yüzlərlə soydaşımız ağır vəziyyətdə yaşayır" - Deputat
"Rusiya-Azərbaycan quru sərhədində yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır". 
"Xeberaz.Az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyin.
Deputat bildirib ki, soydaşlarımıza bu münasibət ölkəmizin nüfuzuna ziyandır, vətəndaşlarımızın ləyaqətinin aşağılanmasıdır:
"Hər bir Azərbaycan vətəndaşına ləyaqətli münasibət ölkəmizin başucalığıdır. Cənab Baş nazir, sizdən quru sərhədlərinin açılması və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm".
Geri dön