Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Aktual > Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozdular - FOTO

Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozdular - FOTO


15-03-2022, 00:58. Yazar: Xeberaz

 AZ EN Rİqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus avtomobillə yol hərəkəti qaydası pozulub.

"Xeberaz.Az"  Avtosfer-ə istinadən xəbər verir ki, 90-AA-999 qeydiyyat nişanlı "Mercedes Maybach" markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın Əhməd Rəcəbli küçəsində dayanma-durma qayadasını kobud şəkildə pozub.



Belə ki, sürücü həm avtobus zolağında, həm də avtobus dayanacağında avtomobili park edərək oradan uzaqlaşıb.


Qeyd edək ki, 90-AA-999 qeydiyyat nişanlı avtomobil "Black Sapphire" şirkətinə məxsusdur. Həmin şirkətin Rövnəq Abdullayevə məxsus olduğu bildirilir.


Eyni zamanda bu avtomobillə yanaşı 10-AA-999 və 99-AA-999 qeydiyyat nişanlı avtomobillər də Rövnəq Abdullayevə məxsusdur.


Geri dön