Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm > “Uşaq evinə hücuma görə Putin məsuliyyətə cəlb olunmalıdır” - Boris Conson

“Uşaq evinə hücuma görə Putin məsuliyyətə cəlb olunmalıdır” - Boris Conson


10-03-2022, 10:53. Yazar: Xeberaz


Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ordusunun martın 9-da Ukraynanın Mariupol şəhərindəki doğum evinə zərbə endirməsinə münasibət bildirib.
Baş nazir Tvitterdə bildirib ki, Vladimir Putin bu cinayətə görə məsuliyyətə cəlb olunmalıdır.
"Köməksiz insanlara hücumdan daha pis heç nə ola bilməz. Britaniya Ukraynanın hava zərbələrindən daha yaxşı qorunması üçün əlavə dəstək imkanlarını araşdırır. Biz bu dəhşətli cinayətə görə Putini məsuliyyətə cəlb edəcəyik", deyə Conson qeyd edib.
Xatırladaq ki, martın 9-da Mariupol şəhərindəki doğum evinə hava zərbəsi nəticəsində 17 nəfər xəsarət alıb. Hava zərbəsi atəşkəs vaxtına təsadüf edib.

Geri dön